21 Aprel 2026, 19:08
FUTBOL
"Trabzonspor" "Cenoa"da çıxış edən Ruslan Malinovskiyi heyətinə qatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Türkiyə təmsilçisi yayda İtaliya klubu ilə müqaviləsi başa çatan 32 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb. "Trabzonspor" ukraynalı futbolçuya 3 illik müqavilə təklif edib.
Qeyd edək ki, Ruslan Malinovskiy bu mövsüm "Cenoa"nın heyətində keçirdiyi 31 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.










_1776788107.jpg)
_1692637766.png)
