"Sportinq"in müdafiəçisi Qonsalo İnasio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə " Sport Witness" nəşri məlumat yayıb.

"Çelsi" portuqaliyalı futbolçunu transfer etmək istəyir. London təmsilçisi 24 yaşlı mərkəz müdafiəçisi üçün Lissabon klubuna 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Qonsalo İnasio bu mövsüm "Sportinq"in heyətində keçirdiyi 41 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest