"Adi komandaya deyil, Macarıstan çempionuna uduzduq. Böyük hesabla məğlub olmağımıza baxmayaraq, bu oyundan özümüz üçün müsbət məqamlar çıxara bilərik". Matc.az saytı xəbər verir ki, bunu "Universitatya Krayova"nın baş məşqçisi Korneliu Papure deyib.

Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə qarşılaşacaq Rumıniya təmsilçisi yoxlama görüşündə qüvvəsini sınayıb. "Universitatya Krayova" Macarıstan çempionu "Ferensvaroş"a 0:4 hesabı ilə məğlub olub.

Qarşılaşmadan sonra klubun rəsmi saytına danışan Papure qeydə alınan nəticədən narahatlıq keçirmədiyini söyləyib. O, Avropa Liqasındakı rəqibi də dəyərləndirib: "Səbail" çətin rəqibdi. Onların avrokubok təcrübəsi olmaya bilər. Amma Azərbaycan komandası yüksək motivasiyada olacaq".

Qeyd edək ki, "Səbail"lə "Universitatya Krayova" arasında ilk oyun iyulun 11-də Bakıda, cavab görüşü isə bir həftə sonra Krayovada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest