AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXVII turunun "Şamaxı" - "Qarabağ" oyununda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.

Komitə Ağdam təmsilçisini 700 manat məbləğində cərimələyib. Buna səbəb komandanın 4 futbolçusunun sarı vərəqə almasıdır.

Qeyd edək ki, "Şamaxı" - "Qarabağ" qarşılaşması 0:0 hesablı bərabərliklə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest