"Liverpul" mövsümün sonunda klubdan ayrılması gözlənilən Məhəmməd Salah üçün potensial əvəzləyicilərdən birini müəyyənləşdirib.

Matc.az xəbər verir ki, İngiltərə nəhənginin qısa siyahısına "Hoffenhaym"ın vingeri Bazumana Ture daxil edilib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Mersisaydlıların skautları 20 yaşlı futbolçunu mart ayının sonunda keçirilən Şotlandiya - Fil Dişi Sahili oyunu zamanı canlı izləyiblər. Ture həmin qarşılaşmada 90 dəqiqə meydanda olub.

Gənc futbolçuya maraq göstərən digər klub isə "Aston Villa"dır.

Qeyd edək ki, Bazumana Ture cari mövsümdə Bundesliqada 24 oyunda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun transfer dəyəri təxminən 40 milyon avro qiymətləndirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest