20 May 2026, 17:28
FUTBOL
"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred karyerasını ölkəsində davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Heverton Gimaraeş məlumat yayıb.
"Atletiko Mineyro" braziliyalı futbolçunu transfer etmək istəyir. A Seriyası təmsilçisi artıq Fredlə danışıqlara başlayıb. Xəbərdə 33 yaşlı yarımmüdafiəçinin artıq Belu- Orizonti şəhərində ev aldığı da qeyd olunub.
Qeyd edək ki, Fred 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Braziliya millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.


_1779297927.jpg)
_1779296332.jpg)









