25 May 2026, 14:58
FUTBOL
Cennaro Qattuzo yeni mövsümdə "Torino"ya rəhbərlik etməyəcək.
Matc.az xəbər verir ki, 48 yaşlı məşqçi Turin klubunun baş məşqçi postuna təyinatla bağlı təklifini geri çevirib.
"Buğalar" Qattuzoya müddətini daha bir mövsüm uzatmaq imkanı ilə 2028-ci ilə qədər sözləşmə təklif edib. Mütəxəssisin illik əməkhaqqısı 1,5 milyon avro təşkil etməli idi.
Qattuzo aprelin əvvəlində İtaliya millisinin DÇ-2026-nın pley-off mərhələsindəki uğursuz çıxışından sonra komandanın baş məşqçisi postundan ayrılıb. İtaliyalı mütəxəssis "Skuadra Adzurra"ya 2025-ci ilin iyunundan bəri rəhbərlik edirdi.
Qattuzo məşqçilik karyerası ərzində "Hayduk", "Marsel", "Valensiya", "Napoli", "Milan" və "Piza" klublarında çalışıb.








_1779713305.jpg)




