İngiltərə Premyer Liqasında cari mövsümə yekun vurulub.
Matc.az xəbər verir ki, 38-ci turunun bütün oyunları eyni gündə baş tutub.
"Vest Hem" evdə "Lids"i məğlub etsə də, "Tottenhem"in "Everton"a qalib gəlməsi onları Premyer Liqadan kənarlaşdırıb.
"Liverpul" Məhəmməd Salahın vida matçında "Brentford"u məğlub edə bilməyib. "Mançester Siti" isə Xosep Qvardiola və Bernardo Silva ilə vida oyununda "Aston Villa"ya məğlub olub.
"Çelsi" "Sanderlend"ə uduzub, "Mançester Yunayted" isə Bruno Fernandesin qolu və rekord ötürməsi sayəsində "Brayton"a qalib gəldi.
Beləliklə, gələn mövsüm İngiltərəni Çempionlar Liqasında "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa" və "Liverpul" təmsil edəcək. "Bornmut" və "Sanderlend" Avropa Liqasında, "Brayton" isə Konfrans Liqasında oynayacaq. "Vest Hem"dən əlavə, "Vulverhempton" və "Börnli" də Premyer Liqanı tərk edib
İngiltərə Premyer Liqası
38-ci tur
24 may
"Börnli" – "Vulverhempton" – 1:1
"Brayton" – "Mançester Yunayted" – 0:3
"Vest Hem" – "Lids" – 3:0
"Kristal Pelas" – "Arsenal" – 1:2
"Liverpul" – "Brentford" – 1:1
"Mançester Siti" – "Aston Villa" – 1:2
"Nottingem Forest" – "Bornmut" – 1:1
"Sanderlend" – "Çelsi" – 2:1
"Tottenhem" – "Everton" – 1:0
"Fulhem" – "Nyukasl" – 2:0













