"Mançester Yunayted"in hücumameylli yarımmüdafiəçisi Bruno Fernandes Premyer Liqada mövsüm ərzidə edilən məhsuldar ötürmələr üzrə rekorda imza atıb.

Matc.az xəbər verir ki, o, Premyer Liqanın 38-ci turunun "Brayton"a qarşı səfər oyununda 21-ci məhsuldar ötürməsini edib.

Bundan əvvəl Fernandes bu rekordu, müvafiq olaraq 2003/04 və 2019/20 mövsümlərində 20 məhsuldar ötürmə edən Tyerri Anri və Kevin De Bruyne ilə bölüşüb

Qeyd edək ki, Fernandes ötən gün Premyer Liqanın cari mövsümünün ən yaxşı oyunçusu seçilib.

31 yaşlı portuqaliyalı hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir və daha 1 il müddətinə uzatmaq imkanı var. Yarımmüdafiəçinin transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest