Bilindiyi kimi, Misli premyer-liqasının 33-cü turunun “Kəpəz” – “Neftçi” oyunu Yevlaxda yox, “Mehdi Hüseynzadə”də keçiriləcək.
Xatırladaq ki, “sarı-göylər”in Media və marketinq departamentinin rəhbəri Gəray Qiyasov açıqlamasında səbəbi belə izah etmişdi:
“Neftçi” avrokuboklara hazırlaşmaq və süni meydançada zədələrin qarşısını almaq üçün bizdən oyun yerinin dəyişdirilməsini istədi. Biz də etiraz etmədik. Əvvəlcə “Neftçi Arena” təklifi irəli sürülmüşdü. Biz oranı qəbul etmədik və neytral meydan seçdik”.
İş ondadı ki, PFL-in texniki-idman direktoru Elgiz Abbasovdan fərqli sözlər eşitdik:
“Palms Sports Arena” ölkə kubokunun finalından sonra baxıma bağlandığı üçün alternativ variantlar müzakirə olunub”
Göründüyü kimi, açıqlamalarda ziddiyyət var. Gün kimi aydındı ki, “Neftçi” stadionunu baxıma bağlayıbsa, “Kəpəz”ə “Palms Sports Arena”nı təklif edə bilməz. Odu ki, məsələni araşdırmaq məqsədilə “ağ-qaralar”ın mətbuat xidmətiin rəhbəri Asəf Zeynallıya müraciət etdik.
Həmkarımızın cavabı:
“Stadionumuz hər il olduğu kimi, bu dəfə də mövsümün son ev oyunundan sonra baxım üçün bağlanıb. Konfrans Liqasına hazırlığa start verilib. Matçın “Mehdi Hüseynzadə”də keçirilməsi klubların ortaq qərarıdı”.
Beləliklə, “Kəpəz”in ictimaiyyəti aldatdığı üzə çıxdı. “Sarı-göylər”in yalanı ayaq tutdu, amma yerimədi!
(Futbol+)









_1779297927.jpg)

_1779296332.jpg)

