24 May 2026, 18:17
FUTBOL
"Qarabağ" növbəti transferini reallaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsveçin "Yurqorden" klubu ilə danışıqlar müsbət nəticələnib və Zakria Savo "Qarabağ"a keçib. 26 yaşlı isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb.
2025-ci ildən "Yurqorden"də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib. O, karyerası ərzində İsveçdə "Olimpik", "Rosenqard", "Oskarşamns AIK", Norveçdə "Start", Kiprdə "Aris"də çıxış edib.
Qeyd edək ki, Savo yay "transfer pəncərəsi"ndə Ağdam klubuna qoşulan ikinci futbolçudur. Onadək Jali Mauddibin keçidi rəsmiləşmişdi.













