25 May 2026, 13:15
FUTBOL
"Qalatasaray" gələn ay klubla müqaviləsi başa çatan Mauro İkardiyə ilk təklifini edib.
Matc.az xəbər verir ki, Türkiyə çempionu argentinalı hücumçuya illik 4 milyon avroluq yeni sözləşmə təklifi göndərib. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İkardi bu şərtləri qəbul etməyib. 33 yaşlı forvard İstanbul nəhəngindən illik 7 milyon avro maaş tələb edir.
Qeyd edək ki, Mauro İkardi başa çatan mövsümdə "Qalatasaray"ın heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 16 qol vurub, 3 qol ötürməsi edib.













