25 May 2026, 10:59
FUTBOL
"Liverpul"un kapitanı müdafiəçisi Vircil van Dayk mövsümün bütün oyunlarını əvəzolunmadan keçirən ən yaşlı futbolçu olmaqla İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Matc.az xəbər verir ki, niderlandlı mərkəz müdafiəçisi 2025/26 mövsümündə İngiltərə çempionatının bütün 38 oyununun hər birində sonadək meydanda olub. Rekordun müəyyənləşdiyi vaxtda van Daykın 34 yaş 320 günü var idi.
Qeyd edək ki, Bundan əvvəlki rekord "Çelsi"nin sabiq kapitanı Con Terriyə aid idi. İngiltərəli futbolçu 2014/15 mövsümündə bu nailiyyətə imza atmışdı.













