"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının XXXVIII turunda "Brentford"a qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra açıqlama verib.
Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis sonra komandasının qələbəyə layiq olduğunu, lakin qarşılaşmanın sonunda hətta məğlub da ola biləcəklərini deyib:
"Layiq olduğumuzu ala bilmədik. Bu, cari mövsüm üçün xarakterik bir haldır. Qələbəyə layiq idik, baxmayaraq ki, 100-cü dəqiqədə hətta uduza da bilərdik. Düşünürəm ki, bu da digərlərinə bənzəyən növbəti oyun idi. Rəqibin bizim cərimə meydançamıza ilk dəfə daxil olması üçün 40 dəqiqə lazım oldu. Bəlkə də bir az mübaliğə edirəm, amma ilk hissədə tamamilə üstünlük nümayiş etdirdik. Aut atışından sonra "Brentford" özünün ilk şansını yaxaladı. Standart vəziyyətlər bu mövsüm üzərində çox danışdığımız fərqli bir mövzudur.
Çempionlar Liqasına vəsiqə qazanmaq üçün lazım olanı etdik. Turnir cədvəlinə baxsanız, bəzi böyük klubların Çempionlar Liqasına və ya ümumiyyətlə avrokuboklara düşə bilmədiyini görərsiniz. Son bir neçə mövsümdə bu çempionatda bəzi böyük klublar avrokuboklardan kənarda qalıblar. Ona görə də bunu heç vaxt adi bir hal kimi qəbul etməməliyik. Lakin təbii ki, daha çoxunu istəyirdik. Oyunçularımla və bu mövsüm əldə etdikləri nailiyyətlərlə həqiqətən fəxr edirəm. Çünki qarşılaşdığımız bütün çətinliklər və çoxsaylı zədələr fonunda bizim üçün çox ağır bir dövr oldu".
Qeyd edək ki, 60 xal toplayan "Liverpul" İngiltərə Premyer Liqasında mövsümü 5-ci pillədə başa vurub və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.








_1779713305.jpg)




