"Bornmut"la müqaviləsi başa çatan Markos Senesi Premyer Liqada klubunu dəyişəcək.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

"Tottenhem" Argentina millisinin üzvünün keçidini həll edib. London təmsilçisi 29 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, Markos Senesi 2022-ci ilin yayından "Bornmut"da çıxış edir. Təcrübəli futbolçu başa çatan mövsümdə komandanın heyətində keçirdiyi 39 oyunda 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest