"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını Portuqaliyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Benfika" Türkiyə millisinin üzvünü transfer etmək istəyir. Lissabon təmsilçisi 25 yaşlı vinger üçün İstanbul klubuna təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. O, başa çatan mövsümdə "sarı-qırmızılar"ın heyətində keçirdiyi 42 oyunda 10 qol vurub, 11 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest