25 May 2026, 12:59
FUTBOL
MLS-də XV turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kryu" doğma meydanda "Atlanta Yunayted"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəriman bu matçın iştirakçısı olmayıb. 22 yaşlı hücumçu sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, 15 turdan sonra 16 xal toplayan "Kolambus Kryu" Şərq Konfransında turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.


_1779713305.jpg)










