"Komanda çox yaxşı çalışır. Oyundan-oyuna özünəinam daha da artır. Bunu xüsusi vurğulamaq istəyirəm. Düşünürəm ki, eyni ruhda davam etməliyik".
"Neftçi" Misli Premyer Liqasının 26-cı turunda səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, "ağ-qaralar"ın üçüncü qolunu vura Vensan Abubakar klubu televiziyasına açıqlama verib. Kamerunlu hücumçu qarşıdakı matçların onlar üçün final kimi olacağını deyib:
"Komanda çox yaxşı çalışır. Oyundan-oyuna özünəinam daha da artır. Bunu xüsusi vurğulamaq istəyirəm. Düşünürəm ki, eyni ruhda davam etməliyik. Qarşıdakı hər oyuna final kimi yanaşmalıyıq. Oyunda tək hücumçu ilə oynayırdıq, bu, asan deyil. Hər oyunu təhlil edib, yaxşılaşdıra bilərik. Qol epizodları çox yaradırıq, amma bəzən vura bilmirik. Məşqlərdə bunun üzərində çox çalışırıq. Çalışacağıq ki, oyunumuzu meydanda göstərək".








_1775472416.jpg)

_1775469336.jpg)

