UEFA Millətlər Liqasında növbəti 2026/27 mövsümündə C və D divizionlarına yerlər uğrunda cavab oyunları keçirilib.

Matc.az xəbər verir ki, Lüksemburq Maltanı, Latviya isə Cəbəllütariqi iki oyunun nəticəsinə əsasən üstələyib.

Latviya C Liqasının II qrupunda Ermənistan, Monteneqro və Kiprlə mübarizə aparacaq. Lüksemburq C Liqasınn IV qrupunda Estoniya, İslandiya və Bolqarıstanla milliləri ilə qüvvəsini sınayacaq.

Malta və Cəbəllütariq yığmaları isə D Liqasının I qrupunda Andorra millisi ilə mübarizəni davam etdirəcək.

Millətlər Liqası

Lüksemburq - Malta - 3:0
Qollar:
 Tiel, 20, Sinani, 51, De Sousa, 70.
(İlk oyun - 2:0)

Latviya - Cəbəllütariq - 1:0
Qol:
 Çernomordijs, 90+3.
(İlk oyun - 1:0)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest