"Mən futbolda uzun illər keçirmişəm: həm qələbələrə sevinmişəm, həm də bugünkü kimi ağır məğlubiyyətlər yaşamışam və bunu qəbul etmək çətindi"

“Mən hakimliyi və ya digər kənar səbəbləri müzakirə etmək istəmirəm. Bu gün hər şeyi meydan həll etdi”. Matc.az xəbər verir ki, bunu İtaliya yığmasının baş məşqçisi Cennaro Qattuzo deyib.

Dördqat dünya çempionları Bosniya və Herseqovina ilə dueldə məğlub olaraq, mundiala yollanmaq şansını itirib. Bununla bağlı italiyalı azarkeşlərdən üzr istəyən mütəxəssis rəqibin oyununa heyrətləndiyini bildirib.

“Mən futbolda uzun illər keçirmişəm: həm qələbələrə sevinmişəm, həm də bugünkü kimi ağır məğlubiyyətlər yaşamışam və bunu qəbul etmək çətindi. Məni rəqibin nə qədər fədakarlıq və xarakter göstərməsi heyrətləndirdi. Bizə daim təzyiq edirdilər, sanki səngərdə idik. Və buna baxmayaraq, yenə də etiraf etməliyik ki, biz dünya çempionatına düşə bilmədik” - deyə, Qattuzo bildirib.

İtaliya yığması sonuncu dəfə dünya çempionatında 2014-cü ildə iştirak edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest