"Qalatasaray" Can Armando Güneri icarəyə verəcəki.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Anderlext" Türkiyə əsilli argentinalı vingerin xidmətində maraqlıdır. İstanbul nəhəngi oyun praktikası qazanmaq üçün 18 yaşlı futbolçunu daha çox forma şansı qazana biləcəyi kluba icarəyə göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Qalatasaray" Can Armando Güneri bu ilin fevralında Münhenqladbax "Borussiya"sından transfer edib. Argentina U-17 millisinin üzvü "sarı-qırmızılar"ın heyətində 1 oyunda 13 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest