ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının final mərhələsinin bütün 48 iştirakçı komandası məlum olub. Matc.az xəbər verir ki, qitələrarası pley-off mərhələsinin son oyunlarından birində İraq millisi Boliviyanı məğlub edərək, artıq final mərhələsinə vəsiqə qazanmış digər 47 yığmaya qoşulub.

İyunun 11-dən iyulun 19-dək üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək mundialın qrup mərhələsində bu komandalar yer alıb.

A qrupu
Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya

B qrupu
Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu
Braziliya, Mərakeş, Haiti, Şotlandiya

D qrupu
ABŞ, Paraqvay, Avstraliya, Türkiyə

E qrupu
Almaniya, Kurasao, Kot-d’İvuar, Ekvador

F qrupu
Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu
Belçika, Misir, İran, Yeni Zelandiya

H qrupu
İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay

I qrupu
Fransa, Seneqal, Norveç, İraq

J qrupu
Argentina, Əlcəzair, Avstriya, İordaniya

K qrupu
Portuqaliya, Kolumbiya, Özbəkistan, DR Konqo

L qrupu
İngiltərə, Xorvatiya, Qana, Panama

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest