"Tottenhem" Roberto De Zerbinin baş məşqçi təyin olunduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, 46 yaşlı mütəxəssislə uzunmüddətli müqavilə imzalanıb.
İtalyan mütəxəssis əvvəllər İngiltərə Premyer Liqasında "Brayton"u çalışdıraraq çalışıb. De Zerbinin son iş yeri Fransanın "Marsel" klubu olub və o, bu klubu 2026-cı ilin fevralında tərk edib. O, həmçinin "Şaxtyor" (Donetsk), "Sassuolo", "Benevento" və "Palermo"da məşqçilik təcrübəsi qazanıb.
Xatırladaq ki, martın 29-da "Tottenhem" bu ilin fevralın 14-də təyin olunmuş menecer İqor Tudoru istefaya göndərib. Tudor 2025/26 mövsümündə komandaya rəhbərlik edən üçüncü baş məşqçi olub. Klub daha əvvəl Dane Tomas Frank və avstraliyalı Angelos Postekoqlu ilə yollarını ayırmışdı.










_1774978346.jpg)

