"Hər iki komandanın təhlükəli epizodları oldu".

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində səfərdə Bolqarıstan yığması ilə 0:0 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, millimizin baş məşqçisi Rəşad Eyyubov Plovdivdə baş tutan qarşılaşmadan sonra fikirlərini bildirib:

"Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər. Onlar nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət əsasən bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik".

Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest