31 Mart 2026, 18:40
FUTBOL
"Liverpul"un hücumçusu Huqo Ekitike İngiltərə klubunda uğurlu debütdən sonra "Real"ın diqqətini cəlb edib. İspaniya nəhəngi onun sürətli inkişafını yaxından izləyir və onu transfer etmək imkanlarını dəyərləndirir.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Ekitikey 2025-ci ilin iyul ayında Almaniyanın "Ayntraxt" klubundan "Liverpul"a keçib. 6 illik müqavilə 2031-ci ilin iyun ayına qədərdir.
Ekitikey əvvəllər "Reyms" və PSJ-də oynayıb. Bu mövsüm hücumçu bütün yarışlarda 42 oyunda meydana çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" Ekitikeyin dəyərini 90 milyon avro qiymətləndirir.






_1774978346.jpg)





