"Barselona" Jerar Martinin müqaviləsinin müddətini uzadacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq ispaniyalı sol cinah müdafiəçisi ilə yeni sözləşmə üçün danışıqlar başlayıb. 24 yaşlı futbolçunun 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsi 2031-ci ilin 30 iyun tarixinə kimi artırılacaq.

Qeyd edək ki, Jerar Martin bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 41 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest