"Fənərbaxça"nın futbolçusu Dorjeles Nene Avropa klublarının transfer siyahısında yer alıb.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

İngiltərə və Fransa klubları malili vingeri yaxından izləyirlər. İstanbul nəhəngi 23 yaşlı oyunçuya 25 milyon avro qiymət qoyub. Bu məbləğdən aşağı təkliflər dəyərləndirilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça" Dorjeles Neneni mövsümün əvvəlində "Zaltsburq"dan 18 milyon avroya transfer edib. Mali millisinin üzvü Super Liqa təmsilçisinin heeyətində keçirdiyi 43 oyunda 12 qol vurub, 11 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest