Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku yeni rekorda imza atıb.

Matc.az xəbər verir ki, o, milli komandanın tarixində ən yaşlı məşqçi olub.

Luçesku 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-offunda Türkiyəyə qarşı 1:0 uduzduqları qarşılamada 80 yaş 7 aylıq yaşında rəhbərlik edib.

Luçesku bununla da komandaya 80 yaş 6 aylıq yaşında rəhbərlik edən Kuk Adaları millisinin sabiq məşqçisi Alan Teylorun rekordunu keçib.

Rumıniyalı məşqçi karyerasına 1979-cu ildə "Korvinul"u idarə edərkən başlayıb. Daha sonra o, Ukraynada "Şaxtyor" və "Dinamo" Kiyev, Rusiya və Türkiyə klublarında çalışıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest