27 Mart 2026, 19:35
FUTBOL
Yarımmüdafiəçi Filip Foden 2027-ci ilin yayında başa çatacaq müqaviləsi həll olunmazsa, yaxın aylarda "Mançester Siti"dən ayrılmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı yarımmüdafiəçi "Siti"də qazandığı oyun müddətindən də narazıdır. Foden yaxın aylarda klubla razılığa gəlməsə, İngiltərəni tərk etməyə hazırdır. Vurğulanır ki, "Mançester Siti" onun getməsini istəmir.
Qeyd edək ki, bu mövsüm Foden bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 80 milyon avrodur.












