"Çelsi" "Milan"ın mərkəz müdafiəçisi Strahin Pavloviçlə maraqlanır. London klubu 24 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Bildirilir ki, "Milan" Pavloviçi əsas oyunçusu hesab etdiyindən, transferin baş tutması üçün ən azı 40 milyon avro tələb edəcək.

Serbiyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxıb, dörd 4 vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest