"Real"ın hücumçusu Kilian Mbappe ilə Madrid klubunun prezidenti Florentino Peres arasında telefon danışığı baş tutub.
Matc.az xəbər verir ki, fransalı futbolçu "kral klubu"nun həkimləri tərəfindən müalicə olunmayacağını bildirib. Bu söhbət martın əvvəlində baş verib.
Belə radikal qərarın səbəbi Madrid təmsilçisinin tibbi departamentinə olan etimadın itirilməsi olub. Daha əvvəl mətbuatda yayılan xəbərlərə görə, La Liqa nəhənginin həkimləri Mbappenin zədələnmiş sol dizinin əvəzinə sağ dizini müayinə ediblər. Nəticədə 27 yaşlı forvard dekabr və yanvar aylarında ağrılarla oynamaq məcburiyyətində qalıb.
Mbappe hazırda Mərakeş millisi ilə çalışan, PSJ-nin sabiq baş həkimi Kristof Bodo ilə əməkdaşlığa başlayıb. Məhz Bodo Kiliana dəqiq diaqnoz qoymağa və effektiv bərpa planı hazırlamağa kömək edib.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm La Liqada 24 oyuna çıxaraq 23 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə futbolçu bütün turnirlərdə 35 matçda 38 qol vurub.








_1774617292.jpg)


_1774612577.jpg)
