"Barselona"nın futbolçusu Rafinya Braziliyaa milli komandasının heyətində zədələnib.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

29 yaşlı vinger Fransa ilə keçirilən yoldaşlıq oyununda (1:2) ayaq əzələsindən zədə alıb. Təcrübəli oyunçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 19 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest