27 Mart 2026, 11:15
FUTBOL
"Zaltsburq"un futbolçusu Kərim Alaybeqoviç Almaniyaya qayıdacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bosniya və Herseqovina millisinin üzvü sabiq klubu "Bayer"ə qayıdacaq. Leverkuzen təmsilçisi 18 yaşlı vinger üçün 8 milyon avroluq geri satınalma bəndini işə salacaq.
Qeyd edək ki, "Zaltsburq" Kərim Alaybeqoviçi mövsümün əvvəlində "Bayer"dən transfer edib. Gənc oyunçu Avstriya təmsilçisinin heyətində keçirdiyi 36 oyunda 11 qol vurub, 3 qol ötürməsi edib.

_1774617292.jpg)


_1774612577.jpg)







