"Neftçi"nin futbolçusu Vensan Abubakar çempionatda yaranan fasilə fonunda Portuqaliyaya yollanıb.

Matc.az xəbər verir ki, "Porto"nun sabiq hücumçusu illər sonra yenidən doğma komandasının düşərgəsinə gedib.

Kamerunlu forvard "Draçao" stadionunu ziyarət edərək "Porto"nun prezidenti Andre Villaş Boaşla görüşüb. Abubakar bu görüşdən foto paylaşaraq səmimi qarşılanmaya görə klub rəhbərinə təşəkkür edib. 

Qeyd edək ki, təcrübəli hücumçunun ötən ilin fevralında Kamerunun paytaxtı Yaundedə təsis etdiyi akademiyası ilə "Porto" klubu arasında əməkdaşlığın qurulacağı gözlənilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest