Argentina milli komandasının heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, hücumçu Xoakin Panikelli sıradan çıxıb. Bu barədə ESPN televiziyası məlumat yayıb.

"Strasbur"da çıxış edən forvard dizindən zədə alıb. 23 yaşlı futbolçunun yayda keçiriləcək dünya çempionatını buraxacağı ehtimal olunur.

Qeyd edək ki, Xoakin Panikelli bu mövsüm "Strasbur"un heyətində keçirdiyi 39 oyunda 20 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest