"Real"ın yarımmüdafiəçisi Dani Seballos yay "transfer pəncərəsi"ndə klubdan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi bu qərarı oyun müddətinin azlığı, qeyri-sabit forması və zədələr səbəbindən verib. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

Madrid klubu futbolçunu komandadan azad agent ayrılmaması üçün münasib qiymətə satmağı düşününür. Seballosla "Betis"in yaxından maraqladığı qedy edilir.

Xatırladaq ki, ispaniyalı futbolçuya fevral ayının sonunda sağ ayağında baldır əzələsindən zədə diaqnozu qoyulub və sağalma müddətinin təxminən 2 ay olacağı gözlənilir.

Qeyd edək ki, Seballos bu mövsüm bütün yarışlarda "Real"da 22 oyununda meydana çıxıb, lakin fərqlənə bilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest