"Birinci hissədə diqqətimiz yaxşı idi və ciddi məqamlar olmadı. Lakin ikinci hissədə təəssüf ki, diqqətimizi itirdik. Problemimiz standart vəziyyətlər idi".
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasıyla oyunu şərh edib.
Matc.az xəbər verir ki, baş məşqçi 0:4 hesablı məğlubiyyət haqda bunları deyib:
“Birinci hissədə diqqətimiz yaxşı idi və ciddi məqamlar olmadı. Lakin ikinci hissədə təəssüf ki, diqqətimizi itirdik. Problemimiz standart vəziyyətlər idi. Biz bu gün uduzmuşuqsa, deməli, uduzmuşuq. Neqativ inkşaf olmur. Hər şey intensivliklə bağlıdır. Oyunçularımızın bəziləri birinci liqada, bəziləri ikinci liqada oynayan futbolçulara qarşı çıxış edirdilər. Tempə uyğun adaptasiya olmaq bir az çətindir. Gücümüz birinci hissəyə yetərli oldu. İntensivlik baxımdan rəqib bizdən daha çox üstün idi. Oyunçularıma təşəkkür edirəm. Bundan nəticə çıxaracağıq. Biz fiziki baxımdan çox hazırlaşırdıq, lakin bu, yetərli olmadı.
Oyunumuzu bu gün təhlil edəcəyik və bunu yaxşılaşdıra bilərik. Bizim işimiz hər oyuna daha yaxşı hazırlaşmaqdır”.












_1774617292.jpg)