"Beşiktaş"ın müdafiəçisi Emirhan Topçu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

"Milan" türkiyəli futbolçunu transfer etmək istəyir. "Rossoneri" Emirhan üçün İstanbul klubuna rəsmi təklif göndərib. 25 yaşlı mərkəz müdafiəçisi özü İtaliya klubuna keçməyə isti yanaşır.

Qeyd edək ki, Emirhan Topçu bu mövsüm "Beşiktaş"ın heyətində keeçirdiyi 24 oyunda 1 qol vurub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest