28 Mart 2026, 09:56
FUTBOL
"Barselona"nın hücumçusu Rafinya və "Roma"nın müdafiəçisi Uesli zədə səbəbindən Braziliya millsinin düşərgəsini tərk etməli olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti paylaşıb.
Bildirilir ki, Fransa ilə oyun zamanı hər iki oyunçu sağ budlarının arxasında ağrı hiss edib. Ötən gün idmançılar əzələ zədələrini təsdiqləyən testlərdən keçiblər. Onların yerinə yığmaya başqa oyunçu çağırılmayacaq.
Qeyd edək ki, Braziliya yoldaşlıq matçında Fransaya 1:2 hesabı ilə məğlub olub. Rafinya zədə səbəbində fasilədə əvəzlənib.












