"Fasilədən öncəki ilk iki oyunda bizim qarşımıza qoyulan tapşırıq 6 xalı götürmək idi. Bununla bağlı komandamızı təbrik edirəm. Qarşımıza qoyulan tapşırığı yerinə yetirdik".

“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunun açılış matçında “Şamaxı”nın qonağı olub.

Matc.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı olub. Ukraynalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

“Fasilədən öncəki ilk iki oyunda bizim qarşımıza qoyulan tapşırıq 6 xalı götürmək idi. Bununla bağlı komandamızı təbrik edirəm. Qarşımıza qoyulan tapşırığı yerinə yetirdik.

Oyuna gəldikdə, birinci hissədə yaxşı oynadıq, oyunu nəzarətdə saxladıq. Bu isə o deməkdir ki, komandada nəsə var. İkinci hissənin sonları yaxşı keçmədi. Bunu ona görə deyirəm ki, oyun heç-heçə də bitə bilərdi. Rəqibin yaxşı fürsətləri oldu. Biz də yaxşı müdafiə olunduq.

Milli fasilədən sonra bizi çətin oyunlar gözləyir – “Sabah”, “Neftçi”. Fasilədə bərpa olunub, bu oyunlara hazırlaşacağıq. Planda yoxlama oyunu keçirmək də var.

Zədəli oyunçularımız var. Onlara bərpa olunmaları üçün vaxt veririk”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest