Bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fransisko Fernandesi heyətinə qatıb.

“Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fransisko Fernandesi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Rodriqo Fransisko Fernandes son olaraq "Portu"nun B komandasında çıxış edib. O, 2025-ci ilin yayında Portuqaliya klubundan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest