AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXII turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

“Kəpəz” – “Sumqayıt” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə klub 8000 manat cərimə edilib. Qonaqlar da eyni səbəbdən ziyana düşüb. “Sumqayıt” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "kimyaçılar" 7000 manat cərimələnib. 62-ci dəqiqədə “Sumqayıt”ın 10 nömrəli futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalandırılıb, klub 500 manat cərimə edilib.

“Şamaxı” ilə oyunda 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” 700 manat cərimə ödəyəcək. Qarşılaşmanın 90+4-cü dəqiqəsində paytaxt təmsilçisinin məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq, klub 5000 manat cərimə ödəməli olaacaq. Bundan əlavə, "Neftçi" komandasının texniki zonasının üst hissəsi, eyni zamanda sözügedən klubun azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər bakı təmsilçisi tərəfindən qarşılanacaq.

“İmişli” ilə oyunda 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimə edilib.

1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

İntizam Komitəsi "Qarabağ"ı 8700 manat cərimələyib. "Sabah"la qarşılaşmada Ağdam klubunun 5 oyunçusu sarı vərəqə aldığı üçün komanda 700 manat məbləğində cərimələnib. Həmçinin, "Qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8000 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest