04 Mart 2026, 12:10
MPL
PSJ-nin qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
"Sabah" mərakeeşli qolkiperin keçidini yekunlaşdırmağa yaxındır. Laurendonun Fransa klubu ilə müqaviləsi yayda başa çatır. 20 yaşlı "əlcək sahibi"nin mövsüm başa çatdıqdan sonra azad agent statusu ilə Azərbaycan klubuna keçəcəyi bildirilir.
Qeyd edək ki, Bilal Laurendon PSJ-nin akademiyasının yetirməsidir. Gənc qapıçı Paris təmsilçisinin U-23 komandasında çıxış edir. O, həmçinin Mərakeşin U-20 millisinin üzvüdür.







_1772624114.png)




