03 Mart 2026, 18:42
FUTBOL
"Hoffenhaym"la müqaviləsi mövsümün sonunda başa çatan Qrişa Prömel Bundesliqada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Ştutqart" yayda azad agent statusunda olacaq almaniyalı yarımmüdafiəçinin keçidini həll edib. 31 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Qrişa Prömel bu mövsüm "Hoffenhaym"ın heyətində keçirdiyi 25 oyunda 7 qol vurub, 2 qol ötürməsi edib.












