03 Mart 2026, 11:54
FUTBOL
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.
Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Şamaxı" matçının biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.
Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.
Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.


_1772542655.jpg)






_1772534311.jpg)


