"Loryan"ın müdafiəçisi Darlin Yonqva karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Africafoot" məlumat yayıb.

"Beşiktaş" kamerunlu futbolçunu transfer etmək istəyir. Yonqvanın Fransa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan İstanbul təmsilçisi yayda azad agent statusunda olacaq 25 yaşlı sol cinah müdafiəçisini heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Darlin Yonqva bu mövsüm "Loryen"in heyətində keçirdiyi 19 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest