İspaniya La Liqasında 26-cı tura yekun vurulub.

Matc.az xəbər verir ki, son oyun günündə "Real" doğma meydanda "Xetafe"ni qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 32-yə yüksəldən "Xetafe" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 60 xalı olan "Real" isə 2-ci yerdədir.

"Real" - "Xetafe" 0:1
Qol: 
Martin Satriano, 39
Qırmızı vərəqə: Franko Mastantuono, 90+5 - 
Adrian Liso, 90+7

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest