İspaniyanın "Alaves" klubu baş məşqçi Eduardo Koudetlə yollarını ayıracaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

La Liqa təmsilçisinin yeni baş məşqçisinin kim olacağı da müəyyənləşib. "Alaves" Kike Sançes Floreslə anlaşıb. 61 yaşlı mütəxəssislə 2,5 illik müqavilənin şərtləri razılaşdırılıb.

Qeyd edək ki, Kike Sançes Floresin son iş yeri "Sevilya" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest