"Mançester Siti" "Borussiya"da çıxış edən Feliks Nmeçanı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola almaniyalı yarımmüdafiəçisinin xidmətində maraqlıdır. Klubu 25 yaşlı futbolçu üçün 60 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, Feliks Nmeça "Mançester Siti"nin yetirməsidir. Almaniya millisinin üzvü 2021-ci ilin yayında klubu azad agent statusu ilə tərk edib və "Volfsburq"a keçib. "Borussiya" Nmeçanı 2023-cü ilin iyunlunda 30 milyon avroya transfer edib. O, cari mövsümdə Dortmund təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest