02 Mart 2026, 19:37
FUTBOL
"Yuventus" mövsümün sonunda müqaviləsi başa çatan Ueston Makkenni ilə razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
ABŞ millisinin üzvü ilə 4 illik yeni sözləşmə imzalanıb. Klub yaxın günlərdə bununla bağlı rəsmi açıqlama edəcək.
Qeyd edək ki, "Yuventus" Ueston Makkenini 2020-ci ilin yayında "Şalke"dən transfer edib. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində keçirdiyi 38 oyunda 8 qol vurub, 7 qol ötürməsi edib.

_1772485254.jpg)










